Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Far.Az xəbər saytı

Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir


Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir.

"Report"un Şuşaya ezam olunmuş muxbiri xəbər verir ki, Forumda rəqabət siyasətinin formalaşdırılması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.

Panel müzakirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Daha sonra rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışı nəzərdə tutulub. İclasın sonunda Birgə Kommünikenin imzalanma mərasimi keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər