Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib.
"Report" bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-ci maddəsinə və BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin 2023-cü il yanvarın 16-da qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilib.
Sanksiya siyahılarına Azərbaycan məhkəmələrinin qərarları əsasında ölkədaxili siyahıya, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya komitələrinin qərarları əsasında beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslər və qurumlar daxildir. [Bunlara, adətən, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, beynəlxalq cinayətlər və digər ciddi pozuntularla əlaqəli şəxslər, təşkilatlar və şirkətlər daxildir -red.].
Ölkədaxili və beynəlxalq sanksiya siyahılarının yenilənmiş versiyaları Maliyyə Monitorinqi Xidmətinin www.hms.gov.az rəsmi internet səhifəsində yerləşdirilib.
Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər sanksiya tətbiq edilməli şəxslərin və qurumların aktivlərini dərhal dondurmalıdırlar.
Bu tələb həmin şəxslərin birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə sahib olduqları və ya nəzarət etdikləri aktivlərə, eləcə də bu aktivlərdən əldə olunan digər vəsaitlərə şamil edilir.
Eyni zamanda, sanksiya tətbiq edilməli şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri, həmçinin həmin şəxslərin birbaşa və ya dolayı mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri də dondurulmalıdır.
Aktivlərin dondurulması sanksiya tətbiq edilən şəxslərə əvvəlcədən xəbərdarlıq edilmədən və gecikdirilmədən həyata keçirilməlidir.
Öhdəlik daşıyan şəxslər aktivlərin dondurulması barədə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə hms.gov.az internet səhifəsi vasitəsilə məlumat verməlidirlər.
Qeyd edək ki, hədəfli maliyyə sanksiyalarının tətbiqi sanksiya siyahısına daxil edilmiş şəxslərin və qurumların maliyyə vəsaitlərinə və iqtisadi resurslarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













