Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanaraq beşqat dünya çempionu olan Eldəniz Əzizli yarışla bağlı təəssüratlarını bölüşüb.
"Far.Az" xəbər verir ki, idmançı Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatını ikinci sırada başa vurmasını böyük nəticə adlandırıb.
"Beşqat dünya çempionu olduğum üçün çox sevincliyəm. Bütün bunlara baxmayaraq, bizi qarşıda çox mötəbər yarışlar gözləyir. Ona görə də mövcud səhvləri aradan qaldırıb, yeni ildən daha uğurlu nəticələr qazanmağa çalışacağıq", – deyə idmançı qeyd edib.
Eldəniz Əzizli karyerası ilə bağlı məsələyə də aydınlıq gətirib. O, gələcək karyerası ilə bağlı qərarın şəxsi məşqçisi, milli komandanın baş məşqçisi və federasiya rəhbərliyi ilə birgə veriləcəyini bildirib.
"Düşünürəm ki, yarış başa çatdıqdan sonra yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək", – deyə o vurğulayıb.
Güləşçi dünya çempionatında qarşılaşdığı rəqiblərin gənc idmançılar olduğunu söyləyib. Bununla belə, o, dünya çempionatında zəif görüşlərin olmadığını qeyd edib.
"Ümumiyyətlə, dünya çempionatında zəif keçən görüş olmur. Amma mənim üçün ən maraqlı qarşılaşma final görüşüm olub", – deyə Eldəniz Əzizli əlavə edib.
Oxşar xəbərlər
Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA













