Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
Far.Az xəbər saytı

Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq


Azərbaycanın "Odlar yurdu" komandası Honq Konqda şahmatın rapid və blits növü üzrə dünya çempionatında iştirak edəcək.

Bu barədə "Far.Az"a Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.

Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcək.

R.Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini olacaq.

Qeyd edək ki, 17-22 iyunda təşkil olunacaq yarışın qaydalarına əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Global Media Group şahmat turniri təşkil etdi
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Hon Konqda binada baş verən yanğında 44 sakin ölüb, 279-nun taleyi bəlli deyil
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər