Global Media Group şahmat turniri təşkil etdi
"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib. 7 may tarixində Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.
Turnirdə "Report" İnformasiya Agentliyi, "Global Management" autsorsinq şirkəti, "Baku TV" televiziya kanalı,"Caliber" informasiya-analitik portal, "Oxu.az" və "Baku.ws" xəbər portallarının əməkdaşları 7 turdan ibarət İsveçrə sistemi əsasında güclərini sınayıblar. Yarışın yekununa əsasən, "Oxu.az" əməkdaşı Zaur Həsənəliyev birinci, "Report" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, "Baku.ws"in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yerə layiq görülüb.
Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Global Media Group" şahmat turniri təşkil edib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi













