Zaur Mikayılov: "Azərbaycanın şimal rayonlarında su ehtiyatlarına təzyiq artır"
İqlim şəraitinin dəyişməsi və quraqlıq müddətlərinin artması Azərbaycanın şimal bölgələrində su ehtiyatlarına olan təzyiqi artırır.
"Far.Az"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.
Agentlik rəhbərinin fikrincə, son dövrdə orta illik temperatur göstəricilərinin artması, yağışların qeyri-mütənasib bölünməsi və quraq dövrlərin uzanması su resurslarının səmərəli idarə edilməsini daha vacib məsələyə çevirib.
"Bu amillər nəzərə alınaraq ölkədə yeni su qaynaqlarının formalaşdırılması, mövcud infrastrukturun bərpası və suvarma şəbəkələrinin müasirləşdirilməsi istiqamətində irimiqyaslı layihələr reallaşdırılır. Görülən işlər aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiya olunmasına yönəlib", - Z. Mikayılov bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun"













