Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib


Azərbaycanla Yaponiya informasiya və kommunikasiya texnologiyaları (İKT) və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılmasını, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir müavini Saməddin Əsədovun Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüşdə aparılıb.

Görüşdə həmçinin Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər