Məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin DETALLARI
Far.Az xəbər saytı

Məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin DETALLARI


Orta məktəbdə şagirdlər arasında baş vermiş bıçaqlanma hadisəsində təqsirləndirilən Sərvan Sadıxlının (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə 306 № li tam orta məktəbin direktoru Gültəkin Ədilova şahid qismində ifadə verib:

"Prosesdə iştirak edənlərin hamısı bizim məktəbin şagirdləridir. Təqsirləndirilən şəxsin təlim nəticələri zəif olduğu üçün sinifdə qalıb. O, narahat uşaq idi, dava-dalaşları var idi, dərslərini yaxşı oxumurdu. Əslində 9-cü sinifdən artıq çıxmalı idi, lakin anası bizdən çıxarıb 274 nömrəli orta məktəbə apardı. Onun bizim məktəbdə sevdiyi qız var idi. Zirzəminin pəncərəsini çıxarıb məktəbə keçmişdi. Daha sonra bununla bağlı narazılıq yarandı və atasına bildirdik.

Günlərin bir günü yenə də mənə deyildi ki, Sərvan məktəbə icazəsiz keçib. Otağıma gətirildi və biz yenə onunla bağlı narazılığımızı bildirdik. Sonra eşitdim Sərvan bizim şagirdlər Ənəs və Fuadla dalaşıb. Bunların davasının qarşısını aldım. Mən Sərxana bildirdim ki, 102-yə yığıb səndən şikayət edəcəyik. Valideynlərinə xəbər etdik. Onun belə olmasında anasının günahı var, amma atası yaxşı insan idi. Daha sonra Sərxan dərsdən sonra Ənəs və İslamla dalaşaraq ona bıçaq vurub".

Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən yeniyetməyə qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər