Nabran yolu nə vaxt açılacaq?
Far.Az xəbər saytı

Nabran yolu nə vaxt açılacaq?


Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün təmir-bərpa işləri görülüb. Yolun dağılan hissəsindəki köhnə suötürücü boru yenilənib. Yeni tikilən 14 metr uzunluğundakı suötürücü qurğunun hündürlüyü 2, eni 3 metrdir. Suötürücü borunun ətrafı möhkəmləndirildikdən sonra yolun dağılan hissəsinə yeni asfalt döşənəcək.

Təmir-bərpa işlərinin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər