Marko Arnautoviç mundiallar tarixində fərqlənən ən yaşlı avstriyalı futbolçu olub
Far.Az xəbər saytı

Marko Arnautoviç mundiallar tarixində fərqlənən ən yaşlı avstriyalı futbolçu olub


Marko Arnautoviç DÇ-2026-nın qrup mərhələsinin I turunda İordaniya millisinə qarşı keçirilən matçda fərqlənməklə mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib.

"Far.Az" FIFA-ya istinadən xəbər verir ki, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib.

O, bununla da uzunmüddətli rekordu yeniləyib.

Qeyd edək ki, əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vuran Toni Polsterə məxsus idi. Futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər