Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığının, bu xidmətlərin çevikliyinin və keyfiyyətinin artırılması, reinteqrasiya, "Himayədar ailə" qayğı modelinin tətbiqi və digər sahələrdə görülən işlər müzakirə olunub.
"Far.Az" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların nümayəndələrindən ibarət İşçi qrupun videokonfrans formatında növbəti iclasında bəhs edilib.
Aidiyyəti qurumlarla birgə bu sahələrdə qarşılıqlı fəaliyyətin önəmi vurğulanıb.
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər həyata keçirilən ardıcıl sosial islahatların həssas qruplarla bağlı sosial xidmətlər sistemini də əhatə etdiyini bildirib.
Qeyd edilib ki, dövlət başçısının 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı" da sosial xidmətlər sisteminin inkişafı, kəmiyyət və keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi istiqamətlərində mühüm addımların atılmasına imkan verib.
Xatırladaq ki, İşçi qrupa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Mediasiya Şurası və s. qurumların nümayəndələri daxildir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama













