"Qarabağ" Bruno Lanqanı transfer edib
"Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.
"Far.Az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın "Almeriya" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, komandada 5 nömrəli formanı geyinəcək.
Lanqa bu ilin ilk yarısını icarə əsasında Portuqaliya təmsilçisi "Eştrela"da keçirib.
O, karyerası ərzində ölkəsində "Blek Bullz", "Maşakene", Portuqaliyada "Amora", "Vitoriya", "Şaveş", "Eştrela", Kiprdə "Pafos" və İspaniyada "Almeriya" klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay "transfer pəncərəsi"ndə "Qarabağ"ın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato Ağdam klubuna qoşulublar.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ" Samuel Lobato ilə müqavilə imzalayıb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













