Çexiya millisinin baş məşqçisi: "Səhvlərə görə 3 xalı əldən verdik"
Far.Az xəbər saytı

Çexiya millisinin baş məşqçisi: "Səhvlərə görə 3 xalı əldən verdik"


Çexiya millisi səhvə yol verdiyinə görə 3 xalı əldən verib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Miroslav Koubek DÇ-2026-nın qrup mərhələsində Cənubi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis heç-heçənin onlar üçün yaxşı nəticə olmadığını bildirib:

"Qələbə qazanmaq üçün şanslarımız çox idi. Lakin müəyyən səhvlərə görə 3 xalı əldən verdik. Bu nəticəyə görə məyusuq. Çünki şanslara baxsaq, görərik ki, biz qələbəyə daha layiq idik. İkinci hissədə yaxşı çıxış etsək də, bu qalibiyyət üçün yetərli olmadı".

Qeyd edək ki, Çexiya - Cənubi Afrika Respublikası oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər