Lənkəranda iki mərtəbəli evdə yanğın olub
Far.Az xəbər saytı

Lənkəranda iki mərtəbəli evdə yanğın olub


Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Abasət oğlu Əliyevə məxsus ümumi sahəsi 240 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin dam örtüyü və evin 50 kvadratmetrlik hissəsi əşyalarla birlikdə yanıb.

Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Alov yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər