DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib
Far.Az xəbər saytı

DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib


Futbol üzrə dünya çempionatında Kanada Qətər millisini böyük hesabla məğlub edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.

Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) digər qolları vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.

DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda altıncı qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:0.

90+2-ci dəqiqədə Conatan Devid het-trik müəllifi olub.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda beşinci qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 5:0.

Qətərin heyətində 75-ci dəqiqədə Manay Mohamed avtoqol müəllifi olub.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda dördüncü qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 4:0.

66-cı dəqiqədə Neytan Saliba dəqiq zərbə müəllifi olub.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci hissə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda öndədir - 3:0.

Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ilk hissə yekunlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.

Son olaraq 45+3-cü dəqiqədə Conatan Devid dubl müəllifi olub.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci qol vurulub.

BAKU.WS report-a istinadən xəbər verir k, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.

29-cu dəqiqədə Conatan Devid fərqlənib.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda hesab açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.

16-cı dəqiqədə Kayl Larin fərqlənib.

Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyunu başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, B qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.

Oxşar xəbərlər

DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib - YENİLƏNİB-7
DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb - YENİLƏNİB-6
DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib - YENİLƏNİB-5
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər