"Park Yasamal"da seçim imkanları genişləndi: hazır və tikintisi davam edən binalarda mənzillər satışdadır!
Far.Az xəbər saytı

"Park Yasamal"da seçim imkanları genişləndi: hazır və tikintisi davam edən binalarda mənzillər satışdadır!


Son illərdə Bakıda mənzil bazarında alıcıların seçim meyarları dəyişir. Əvvəllər əsas diqqət yalnız mənzilin qiymətinə və yerləşməsinə yönəlirdisə, bu gün alıcılar yaşadıqları mühitə, yaşıllıq sahələrinə, təhlükəsizliyə və kompleks daxilində təqdim olunan imkanlara daha çox önəm verirlər.

Bu səbəbdən də paytaxtın ən böyük yaşayış komplekslərindən biri olan "Park Yasamal" diqqət mərkəzində qalmağa davam edir. Bir neçə mərhələdən ibarət olan layihədə artıq təhvil verilmiş və yaşayış davam edən binalarla yanaşı, tikintisi davam edən yeni binalarda da mənzillərin satışı həyata keçirilir.

Yasamal rayonunda, şəhərin əsas nəqliyyat qovşaqlarına yaxın ərazidə yerləşən kompleks sakinlərə həm mərkəzə rahat çıxış, həm də şəhər həyatının səs-küyündən uzaq daha komfortlu yaşayış mühiti təqdim edir. Layihənin üstünlüklərindən biri də müxtəlif ehtiyac və zövqlərə uyğun mənzil seçimlərinin mövcud olmasıdır.

Kompleksdə 2, 3 və 4 otaqlı, eləcə də studiya tipli mənzillər təqdim olunur. Sahələr 42 kvadratmetrdən başlayaraq 120 kvadratmetrdən artıq sahələrə qədər dəyişir. Bu isə həm ilk mənzilini almaq istəyən gənc ailələr, həm də daha geniş yaşayış sahəsinə ehtiyac duyan alıcılar üçün seçim imkanı yaradır.

"Park Yasamal"ın fərqləndirici xüsusiyyətlərindən biri də kompleks həyat konsepsiyasıdır. Layihə ərazisində geniş yaşıllıq sahələri, park zonaları, istirahət məkanları, idman və uşaq oyun meydançaları yaradılıb. Avtomobilsiz həyət konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və geniş daxili infrastruktur sakinlərin gündəlik rahatlığını təmin edən əsas amillərdəndir.

Layihənin ərazisində və yaxınlığında məktəb, bağça, market, kafe-restoranlar, tibb müəssisələri və digər vacib xidmət obyektlərinin yerləşməsi də sakinlərə əlavə üstünlük qazandırır. Xüsusilə uşaqlı ailələr üçün təhlükəsiz və sosial aktiv yaşayış mühitinin formalaşdırılması layihəyə marağı artıran əsas səbəblərdən hesab olunur.

"Park Yasamal" layihəsində mənzil sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları təqdim olunur. Alıcılar mənzilləri 20 ilədək ipoteka krediti vasitəsilə, 36 ayadək daxili kredit şərtləri ilə və ya şirkətin təqdim etdiyi "Evini hissə-hissə al" kampaniyasından yararlanaraq əldə edə bilərlər.

Ətraflı məlumat üçün layihənin satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.

Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi

kristal.az

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər