Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir"
Şabran rayonunun Qazbabalı kəndində yaşayan Mərdanovlar ailəsi çətin vəziyyətlə üzləşib.
Baku TV-nin qaynar xəttinə müraciət edən Fəridə Mərdanovanın sözlərinə görə, mart ayında yağan güclü leysan yağışlarından sonra evləri yararsız vəziyyətə düşüb. Torpaq sürüşməsi nəticəsində evin bir divarı uçub, digər divarlarda isə çatlar əmələ gəlib.
Şikayətçi bildirir ki, evə baxış keçirilsə də, ailəyə indiyədək heç bir yardım göstərilməyib. O, evin hər an uçma təhlükəsi ilə üz-üzə olduğunu deyərək aidiyyəti qurumlardan kömək istəyir.
"Yağışlardan sonra qəfil güclü səs eşitdik və divarın uçduğunu gördük. Həmin gündən qorxu içində yaşayırıq. Evin bir divarı tamamilə dağılıb, digərlərində də çatlar yaranıb. Öz imkanlarımızla təmir etməyə çalışsaq da, sürüşmə davam edir, divarlar yenidən çatlayır. Gecələr rahat yata bilmirəm. Bu hadisədən sonra səhhətim də pisləşib, ürəyimdən əməliyyat olunmuşam. Aidiyyəti qurumlara müraciət etmişik, gəlib baxış keçiriblər, amma hələ də heç bir kömək göstərilməyib", - deyə Fəridə Mərdanova bildirib.
Oxşar xəbərlər
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













