İstanbulda fələstinli iş adamlarına hücum edən üç nəfər Rumıniyada saxlanılıb
Türkiyənin İstanbul şəhərində fələstinli iş adamının həlak olduğu hücumla bağlı 3 nəfər Türkiyəyə gətirilmək üçün Rumıniyada saxlanılıb.
Far.Az xəbər verir ki, avqustun 18-i axşam saatlarında İstanbulun Kağıthane bölgəsində baş verən silahlı hücumdan sonra İstanbul Polis İdarəsi tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən iki nəfər hadisədən sonra 2,5 saat ərzində 3 nəqliyyat vasitəsini dəyişərək xaricə qaçıblar. Şübhəlilərin əvvəlcə Bolqarıstana, oradan isə Rumıniyaya getdikləri müəyyən edilib.
Şübhəlilərin İsrailə qaçmaq üçün təyyarəyə mindiyini müəyyən edən İstanbul polisi Rumıniya İnterpol şöbəsi ilə əlaqə yaradıb və şübhəlilər oradaca saxlanılıblar.
Polis hazırda onları Türkiyəyə gətirmək üçün Rumıniyaya yollanıb.
Qeyd edək ki, avqust ayının 18-i İstanbulda üç fələstinlinin olduğu avtomobilə silahlı hücum olub. Hücum zamanı bir iş adamı həlak olub, digər iş adamı və mühafizəçi isə yaralanıblar.
Oxşar xəbərlər
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
İstanbulda fələstinli iş adamına səsboğuculu silahla sui-qəsd edildi - VİDEO
ÜST rəsmisi: Covid-19 kimi qapanma olmayacaq
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb













