Yevgeni Kukseviç: "Dünya çempionatının oyunları üçün düzgün hazırlıq keçməliyik"
Far.Az xəbər saytı

Yevgeni Kukseviç: "Dünya çempionatının oyunları üçün düzgün hazırlıq keçməliyik"


Azərbaycanın futzal millisi 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsi üçün düzgün hazırlıq keçməli və rəqiblərə qarşı həvəslə oynamalıdır.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, yaxşı kollektivlərlə bir qrupda yer aldıqlarını söyləyib:

"Nəticə qazanmaq mümkündür. Bizim yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır".

Mütəxəssis Çexiya seçməsinin ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olduğunu sözlərinə əlavə edib:

"Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir".

Xatırladaq ki, Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya ilə üz-üzə gələcək. Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər