Ronald Kuman: "İsveçlə oyunda mütləq qələbə qazanmalıydıq"
Far.Az xəbər saytı

Ronald Kuman: "İsveçlə oyunda mütləq qələbə qazanmalıydıq"


Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının F qrupunun II turunda İsveçlə oyunun vacib olduğunu bildirib.

"Far.Az"un məlumatına görə, təcrübəli mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.

O, oyunçuların təzyiq hiss etmədiyini söyləyib:

"Bunun vacib oyun olduğunu bilirdim. Oyunçularımız təzyiq hiss etmədiklərini göstərdilər. Bu görüşdə mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik".

Xatırladaq ki, Niderland seçməsi İsveçi 5:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub edib - YENİLƏNİB-9
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər