Marko Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi
Far.Az xəbər saytı

Marko Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi


"Qarabağ"ı daha bir futbolçu tərk edib.

BAKU.WS Prosport.az-a istinadən xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış "Çorum"a transfer olunub.

Onunla "2+1" illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun "Qarabağ" və "Zirə" arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. "Çorum" 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə "Qarabağ"a transfer məbləği də ödəyib.

Yeri gəlmişkən, "Çorum"da "Qarabağ"ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.

Qeyd edək ki, Monteneqro millisinin üzvü olan, Serbiya vətəndaşlığı da olan Marko Yankoviç ötən mövsüm "Qarabağ"da 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin "Hapoel" (Təl-Əviv) klubundan "Qarabağ"a qoşulmuşdu. "Qarabağ" artıq bu mövqeyə portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu transfer edib.

Onu da bildirək ki, Leandro Andradenin də Ukraynanın "Polissye" klubuna transfer olunacağı gözlənilir. Həmçinin, Kamilo Duranı Şotlandiyanın "Seltik" klubunun istədiyi bildirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər