İcra başçısı: "Biləsuvar ötən il pambıq yığımı üzrə ölkədə 2-ci rayon olub"
2025-ci ildə Biləsuvar rayonunda 8 min 28,4 hektar sahədə pambıq əkilərək, sahələrdən 32 min 517,2 ton xam pambıq tədarük edilib, məhsuldarlıq 40,5 sentner olub.
"Far.Az"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
"Bu göstərici ilə rayonumuz respublika üzrə ikinci sırada yer alıb. 2024-cü ildə məhsuldarlıq cəmi 35,9 sentner olub. Bu nəticələrə nail olmaq üçün, tərəfimizdən pambıqçılar qarşısında qoyulmuş əsas vəzifələrdən biri əkin sahələrinin genişləndirilməsi deyil, pambıqçılıq üçün münbit və sualtı torpaqların istifadəsi hesabına təmin etmək olub. Növbəti illərdə isə pambıqçılıq üzrə məhsuldarlığın 45-50 sentnerə çatdırılması planlaşdırılır", - deyə o qeyd edib.
İcra başçısı əlavə edib ki, bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan aqropark yaradılması kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyətə malikdir: "Rayon ərazisində son dövrlər tətbiq edilən pivot suvarma sistemləri məhsuldarlığın artırılmasına və su ehtiyatlarından səmərəli istifadəyə şərait yaradır".
"Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq və quşçuluqda da son illər nəzərə çarpacaq artım əldə olunub. Belə ki, rayon üzrə iribuynuzlu mal-qaranın sayı 2024-cü ildə 39 682, 2025-ci ildə 40 110, xırdabuynuzlu mal-qaranın sayı 2024-cü ildə 141 099, 2025-ci ildə 141 726, quşların baş sayı isə 2024-cü ilə nisbətən 12 000 ədəd artaraq 2025-ci ildə 390 450 baş olub. Quş əti istehsalı son 5 ildə 2 dəfə artaraq 2 611 tona çatıb", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













