Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.
Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək əsib.
Güclü külək əsasən rayonun Zövlə kəndinə xeyli ziyan vurub. 15 yaxın irigövdəli ağaclar aşaraq yola düşüb. Yol 1 saata yaxın bağlı qalıb. Əraziyə gətirilən ağır texnikaların köməyi ilə ağaclar yoldan götürülüb və hərəkət bərpa olunub. Aşan ağaclar eləcə də kəndin elektrik təsərrüfatına, internet və qaz xətlərinə də ziyan vurub. Hazırda kənd işıqsız qalıb.
Qeyd edək ki, rayonda yağış dayanıb. Günəşli hava müşahidə olunur.
Qalereya
*** 10:28
Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, saat 9 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Güclü külək Mingəçevirdə fəsadlar törədib, bir neçə ağac aşıb
Xocalının beş kəndinə köçən sakinlərə evlərinin açarları təqdim olunub
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi













