Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda "ustad dərsi" təşkil olunub
Far.Az xəbər saytı

Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda "ustad dərsi" təşkil olunub


Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Sabunçu rayonunda yerləşən 307 saylı tam orta məktəbdə "ustad dərsi" təşkil olunub.

"Far.Az" ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ustad dərsi" zamanı milli üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli, kata yığmasının cüdoçusu Əmrah Əhmədov müxtəlif fəndləri uşaqlara və yeniyetmələrə nümayiş etdirib.

Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib və tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallara düzgün cavab verənlərə müxtəlif hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər