Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.
Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.
E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 aylıq inzibati həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha çağırış edir: "Yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Qaydalardan kənar davranışlar təhlükə yaradır və hüquqi məsuliyyət doğurur".
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













