Səbuhi Səfiyarlı: "2026/2027 mövsümündə də "Qəbələ"nin hədəfi Premyer Liqada qalmaq olacaq"
"Qəbələ" klubunun 2026/2027 mövsümündə də hədəfi Azərbaycan Premyer Liqasında qalmaq olacaq.
Bunu "Far.Az"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi bu hədəfi daha rahat şəkildə reallaşdırmaq fikrində olduqlarını söyləyib:
"Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır. Lakin bunu ötən mövsümdəki kimi deyil, daha rahat şəkildə reallaşdırmaq istəyirik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, komanda olduqca baxımlı futbol nümayiş etdirirdi. Hamı qeyd edirdi ki, göstərilən oyun tutulan yerə uyğun deyil. Təəssüf ki, gənc futbolçuların təcrübəsizliyi və bəxtsizlik nəticələrə mənfi təsir etdi. Onlar bir mövsüm ərzində böyük təcrübə qazandılar və ümid edirik ki, bu, növbəti mövsümdə özünü müsbət tərəfdən göstərəcək".
"Qəbələ" növbəti mövsümdə legionerlərin sayını artırmağı planlaşdırmır:
"Xeyr, legioner sayı eyni qalacaq. Ötən mövsüm heyətdə 12 legioner yer almışdı. Çünki qaydalara əsasən, 13-cü legionerin qeydiyyatı üçün 100 min manat ödənilməlidir, klubun büdcəsi isə buna imkan vermir. Bu səbəbdən yeni mövsümdə də uzağı 12 legionerimiz olacaq".
Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçi olduğu komanda 2025/2026 mövsümünü 27 xalla 11-ci pillədə bitirib.
Oxşar xəbərlər
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













