Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılışı ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət nümayəndələri və media mənsubları, eləcə də məzunların ailə üzvləri üçün "Açıq qapı" günü təşkil edilib.
"Far.Az" xəbər verir ki, qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimi izləyiblər.
Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də nazirliyin rəhbər heyəti, universitetin və institutun rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılmış̧ abidəsi və şəhid məzunların xatirə kompleksi ziyarət olunub, önlərinə gül dəstələri qoyulub.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Tədbirdə Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Buraxılış mərasiminin planına uyğun olaraq, Hərbi İnstitutun məzunlarına diplomlar təqdim edilib, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub.
Daha sonra Hərbi İnstitutun Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə valideynlər və pedaqoji heyət adınandan çıxış edənlər məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Hərbi İnstitutu fərqlənmə ilə bitirən məzunlara fəxri fərman və hədiyyələr təqdim edilib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar Hərbi İnstitutun marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













