Azərbaycan Basketbol Liqasında bu gün II turun daha iki oyunu baş tutacaq
Far.Az xəbər saytı

Azərbaycan Basketbol Liqasında bu gün II turun daha iki oyunu baş tutacaq


Azərbaycan Basketbol Liqasında bu gün II turun daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, günün ilk görüşündə B qrupunda yer alan komandalar - "Ordu" və "Şəki" üz-üzə gələcək.

Bakı İdman Sarayında baş tutacaq matçın start fiti saat 12:30-da səslənəcək.

Digər qarşılaşmada isə A qrupunda "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, II tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

Oxşar xəbərlər

STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqası: Bu gün I turun görüşləri başa çatacaq
Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər