Ağsuda narkotik plantasiyası aşkar edildi
Far.Az xəbər saytı

Ağsuda narkotik plantasiyası aşkar edildi


Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib.

Far.Az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər.

Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Xaçmazda çətənə kolu əkən və narkotik satan şəxslər tutuldu
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər