Azərbaycanda manatla geniş pul kütləsi 17 %-dən çox artıb
Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 51 milyard 500,4 milyon manat təşkil edib.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 3,3 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə 6,6 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 41 milyard 961,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 17,3 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 641,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,4 %, ilin əvvəlinə nisbətən 1,4 %, 2025-ci ilin iyunun 1-i ilə ilə müqayisədə 15,1 % çoxdur.
İyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 884,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 5,2 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 16,7 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda manatla geniş pul kütləsi 10 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 14 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
Bakıda U17 dünya çempionatı: İdmançımız qızıl medal uğrunda güləşəcək
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
-
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb?
-
Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb













