DÇ-2026: Belçikadan 5 qolluq şou, Misir tarix yazdı
Far.Az xəbər saytı

DÇ-2026: Belçikadan 5 qolluq şou, Misir tarix yazdı


Futbol üzrə dünya çempionatının G qrupunda III turun oyunları başa çatıb.

Far.Az xəbər verir ki, Belçika millisi Yeni Zelandiya üzərində inamlı qələbə qazanaraq 1/8 finala vəsiqəsini rəsmiləşdirib. Avropa təmsilçisi rəqibini 5:1 hesabı ilə məğlub edib.

Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Saelemaekers (90+4) vurublar. Yeni Zelandiyanın yeganə qoluna isə Cast Elaydca 84-cü dəqiqədə imza atıb.

Günün digər qarşılaşmasında Misir və İran üz-üzə gəlib. Sietldə keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.

Misir matça sürətli başlayıb və Mahmud Saber artıq 5-ci dəqiqədə hesabı açıb. Lakin İran yığması cəmi doqquz dəqiqə sonra Ramin Rezaeianın qolu ilə tarazlığı bərpa edib.

Bu nəticə Misir üçün tarixi əhəmiyyət daşıyıb. Afrika təmsilçisi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlməyi bacarıb. Belçika isə qrup mərhələsini inamlı qələbə ilə başa vuraraq növbəti raunda adını yazdırıb.

Oxşar xəbərlər

DÇ-2026: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada bitib - YENİLƏNİB-7
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər