Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll edilib
Far.Az xəbər saytı

Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll edilib


Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 1 230 müraciət daxil olub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, onların da 91,3 %-ini ərizələr, 8,6 %-ini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Müraciətlərin 98,4 %-in baxılması bu ilin 9 ayı ərzində başa çatdırılıb, 1,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 96 %-i həll olunub, 2,3 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Bu ilin 9 ayında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 83 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Oxşar xəbərlər

Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər