AAF prezidenti Avropa Atletikasının Konvensiyasında iştirak edir
Far.Az xəbər saytı

AAF prezidenti Avropa Atletikasının Konvensiyasında iştirak edir


Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyasında iştirak edir.

"Far.Az" xəbər verir ki, tədbirdə federasiya rəhbəri ilə yanaşı baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brandon İsakov da yer alır.

Tədbirin ilk günündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının gələcək hədəfləri haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yığıncağa ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər