"UFC Fight Night Baku": Ukraynalı Daniil Donçenko Teodor Berggeni məğlub edib - YENİLƏNİB - 2
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
"Far.Az"un məlumatına görə, üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77,44) İsveçdən olan Teodor Berggenlə (77,56) münasibətlərə aydınlıq gətirib.
Yarımorta çəkidəki döyüşdə ukraynalı idmançı qələbə qazanıb. O, ikinci raundda vaxtından əvvəl rəqibini məğlub edib.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
"Far.Az"un məlumatına görə, ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almakhan (61,68) Braziliyadan olan Jan Matsumoto (61,46) ilə üz-üzə gəlib.
Ən yüngül çəkidəki qarşılaşmada braziliyalı idmançı qələbəyə sevinib.
O, üç raundun yekununda hakimlərin qərarı ilə qalib gəlib.
Daha əvvəl Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı Ceferson Nasimentonu məğlub edib.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.
"Far.Az"un məlumatına görə, Milli Gimnastika Arenasındakı yarış saat 17:00-da start götürüb.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.
Oxşar xəbərlər
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Bakıda "UFC Fight Night Baku" turnirinə start verildi
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bakıdakı UFC turnirindən əvvəl döyüşçülər üz-üzə gəliblər
UFC ilk dəfə Azərbaycanda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













