"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"
Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı.
"Far.Az"un məlumatına görə, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının II turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis məğlub olduqları üçün məyus olduqlarını bildirib:
"Məğlub olduğumuz üçün məyusuq. Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı. 75% 3 xallıq atışlar dəqiq oldu. Onlarda Rüstəm Əliyev yerli oyunçu kimi dəqiq 3 xallıq atışlar etdi. ABŞ-li legionerləri Brendon Takeri də matçın qırılma nöqtəsində əsas söz sahibi oldu. Amma biz də müdafiədə çoxlu səhvlərə yol verdik. Komandamız yeni olduğu üçün bunu məşqlərlə düzəltməyə ehtiyacımız var. Məşqləri müdafiə üzərindən quracağıq. İnşallah, "Sumqayıt"la ev oyunumuzda daha yaxşı "Şəki" görəcəyik".
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Şəki"nin türkiyəli baş məşqçisi: "Azərbaycan çempionatına çətin matçla başlayacağıq"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













