Babək rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Babək rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb


Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-21015" markalı avtomobillə "NAZ-Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər