"Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb
"Haber Global" telekanalı Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin başlaması ilə əlaqədar süjet hazırlayıb.
Far.Az xəbər verir ki, materialda qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına müraciət ünvanlayıb. O, məktubunda bir daha türk dövlətləri arasında əməkdaşlığın artırılmasının vacibliyini qeyd edib. Qardaş ölkənin rəhbəri həmçinin 1926-cı ildə keçirilən və türk dünyasının elmi tarixində dönüş nöqtəsi hesab edilən Bakıda keçirilən Birinci Türkologiya Qurultayının əhəmiyyətinə toxunub.
Ərdoğan qurultayda iştirak edən ziyalıların məsləhətləşmələri və qərarları ilə qətiyyətli iradə və uzaqgörənlik nümayiş etdirdiklərini vurğulayıb.
Ərdoğan həmçinin Azərbaycanın bu gün də türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam etdiyini bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür













