Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb
Far.Az xəbər saytı

Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb


Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bəyanat ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur.

Sənədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qol çəkiblər.

Bununla yanaşı, Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb.

İmzalanan sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər