Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb
Far.Az xəbər saytı

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb


Lebron Ceymsin ABŞ millisində debüt etdiyi oyunda geyindiyi forma hərracda 722 min dollara satılıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, satış noyabrın 8-də yekunlaşıb və yekun məbləğə hərrac evinin komissiyası da daxildir.

Hərraca basketbolçunun 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarına hazırlıq zamanı geyindiyi, 9 nömrəli və üzərində soyadı yazılmış ağ forma çıxarılıb. Təşkilatçıların məlumatına görə, amerikalı idmançı bu formada 2004-cü il iyulun 29-da Ceksonvill şəhərində Puerto-Rikoya qarşı keçirilən yoldaşlıq görüşündə, həmçinin İtaliya və Türkiyə ilə növbəti iki matçda çıxış edib.

Formanın həqiqiliyi onun xüsusi cəhətlərinin matç fotoları ilə müqayisəsi vasitəsilə təsdiqlənib.

Qeyd edək ki, L.Ceyms 19 yaşında millidə ilk matçını keçirib. Həmin vaxta qədər o, NBA-da ilk mövsümündə ən yaxşı debütant seçilib. İdmançı 2004-cü ildə Afina Olimpiadasında ABŞ yığmasının heyətində bürünc medal qazanıb, sonradan isə üç dəfə – 2008, 2012 və 2024-cü illərdə Olimpiya çempionu olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər