İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
Far.Az xəbər saytı

İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib


İsrailin "Airwayz" texnologiya şirkəti Almaniyaya kritik infrastrukturu və hökumət obyektlərini, o cümlədən Bundestaqı pilotsuz uçuş aparatlarından (PUA) qorumaq üçün süni intellekt (Sİ) əsaslı platformadan istifadə etməyi təklif edib.

"Far.Az" "Bild"ə istinadən xəbər verir ki, bu barədə "Airwayz"in idarə heyətinin sədri, təhlükəsizlik üzrə ekspert Yaron Rozen bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə 1 min metrə qədər hündürlükdə hava məkanına nəzarət tənzimləmənin mürəkkəbliyi və uçuşların yüksək intensivliyi səbəbindən Avropa təhlükəsizlik xidmətləri üçün gündəlik problemə çevrilib.

Rozen hesab edir ki, dövlət strukturları hava məkanının aşağı seqmentinə nəzarəti faktiki olaraq itiriblər.

"Federal və yerli hakimiyyət orqanları öz hava məkanını nəzarətə götürməlidir və bunu məhz indi etmək lazımdır", - o vurğulayıb.

Həll yolu kimi şirkət Sİ əsasında işləyən "Overwatch" platformasını təklif edir. O, mülki və hərbi radarları, eləcə də müxtəlif sensorları vahid şəbəkədə birləşdirərək havadakı vəziyyəti tək ekranda izləməyə imkan verir.

Alınan məlumatlar əsasında süni intellekt real vaxt rejimində mümkün təhdidləri təhlil edir və operatorlara və ya hərbçilərə ən effektiv əks-tədbirləri təklif edir.

Bundestaqın binalar kompleksini qorumaq üçün "Airwayz", şirkətin iddiasına görə, ərazinin 95 faiz əhatə olunmasını təmin edəcək və təxminən 20 metr hündürlükdə saatda 200 km-ə qədər sürətlə hərəkət edən kiçikölçülü pilotsuz uçuş aparatlarını aşkar etməyə imkan verəcək çoxsəviyyəli təhlükəsizlik sistemi hazırlamağa hazırdır.

"Airwayz"in məlumatına görə, "Overwatch" platforması artıq İsrailin dövlət sərhədlərinin mühafizəsi sistemlərinə inteqrasiya edilib. Bundan əlavə, Amerika polisi futbol üzrə dünya çempionatı tədbirləri zamanı Mayamidə infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək üçün ondan istifadə edib.

Oxşar xəbərlər

Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər