İlham Əliyev: "Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir" - "Haber Global"ın süjeti
Far.Az xəbər saytı

İlham Əliyev: "Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir" - "Haber Global"ın süjeti


Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə türk dövlətlərinin beynəlxalq arenada artan roluna diqqət çəkib.

Far.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Bakıda keçirilən Türk Dünyası Həftəsinə həsr olunmuş süjetində bəhs edilir.

Süjetdə bildirilir ki, paytaxt Bakı daha bir anlamlı tədbirə ev sahibliyi edir:

"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi öz işinə başlayıb. Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət oxunub".

"Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik" , - deyə Prezident müraciətində vurğulayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər