Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı
Ağsuda kişi arvadının mobil telefonunu satdığı üçün həbs edilib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində baş verib.
Kənd sakini 1990-cı il təvəllüdlü Ceyhun Badamov (ad və soyad şərtidir) içki düşkünü olduğundan ailəsində problem yaranıb. O, mütəmadi olaraq evdə mübahisələr edib, həyat yoldaşı ilə dalaşıb, evə qazanc gətirməyib. Nəticədə həyat yoldaşı məhkəməyə müraciət edərək ondan aliment tələb edib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə Ceyhuna iki uşağı üçün ümumilikdə 386 manat aliment təyin olunub.
Aliment təyinatından bir müddət sonra Ceyhun həyat yoldaşının 450 manatlıq mobil telefonunu oğurlayaraq 70 manata satıb. Evdə telefonunu tapmayan qadın məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının apardıqları araşdırmalarla məlum olub ki, telefonu qadının həyat yoldaşı oğurlayıb satıb. Polisin keçirdiyi tədbirlərlə Ceyhun Badamov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Badamov 25 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













