Rüstəm Əli: Bu gün Qazaxıstanda 4 mindən çox dini icma fəaliyyət göstərir
Qazaxıstanda 2000-ci illərin əvvəllərində təxminən 700 dini icma var idisə, bu gün onların sayı 4 mindən çoxdur.
"Report"un Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dini İşlər üzrə Məsul Qurumlarının Rəhbərlərinin Birinci görüşü zamanı Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli deyib.
R.Əli bildirib ki, vicdan azadlığı hüquqlarının qorunması ilə ekstremizm və radikalizmin qarşısının alınması zərurəti arasında tarazlığı qorumaq zəruridir.
Onun sözlərinə görə, Qazaxıstanda dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur:
"Əgər 2000-ci illərin əvvəllərində ölkəmizdə təxminən 700 dini icma var idisə, bu gün onların sayı 4 mindən çoxdur. Eyni zamanda, 18 konfessiya və 120-dən çox etnik qrup sülh və harmoniya şəraitində yaşayır. Həmçinin Qazaxıstanda 40-dan çox ölkədən 500 civarında missioner fəaliyyət göstərir".
Qazaxıstanlı nazir müavini Suriya və İraqdan olan repatriantlarla - əsasən, humanitar əməliyyatların bir hissəsi olaraq geri qaytarılan qadınlar və uşaqlarla işin onlar üçün prioritet olduğunu vurğulayıb:
"Bu fəaliyyət sayəsində Qazaxıstan reabilitasiya, psixososial dəstək, sənədlərin bərpası, ailələrin reinteqrasiyası və uzunmüddətli adaptasiya sahəsində əhəmiyyətli təcrübə toplayıb".
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













