Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Far.Az xəbər saytı

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 4 nəfər ölüb, 16 nəfər yaralanıb


Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Çerniqov vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının nümayəndələri məlumat veriblər.

Hakimiyyət orqanlarının məlumatına görə, ötən sutka ərzində Rusiya qoşunları reaktiv yaylım atəşi sistemləri, raketlər, idarəolunan aviabombalar və müxtəlif növ pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə zərbələr endiriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov və vilayətin daha 18 yaşayış məntəqəsi hücumlara məruz qalıb. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bundan əlavə, Rusiya PUA-sı Çerniqovda inzibati binaya zərə endirib. Şəhər şurasının məlumatına görə, binanın konstruktiv elementləri qismən dağılıb, yanğın baş verib. Bir nəfər xəsarət alıb.

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya vilayətin 2 rayonuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Zərbələr nəticəsində 2 nəfər ölüb, həmçinin mülki infrastruktura ziyan dəyib.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Rusiya Ukraynanın dörd vilayətinə hücum edib: 7 nəfər ölüb, 56 nəfər yaralanıb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Rusiya ordusu Ukraynanın dörd vilayətini atəşə tutub: 5 ölü, 50 yaralı var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər