Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
Bakıda baş tutacaq qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley 2026) çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.
Azərbaycan Voleybol Federasiyasından "Far.Az"a verilən məlumata görə, proqrama müraciət edən 2 minə yaxın iştirakçıdan 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq turnirin təşkilində könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb.
Seçilən könüllülər qarşıdakı günlərdə təlim proqramlarına cəlb ediləcəklər. Təlimlər zamanı iştirakçılar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin Bakıda təşkil olunacaq C qrupunun oyunları isə 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində təlimlər keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













