"Regional" BOKT-un istiqrazlarına 64 investor maraq göstərib
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 64 investor 1 milyon manatlıq 65 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Bir Kredit" BOKT-un istiqrazlarına 68 investor maraq göstərib
"Regional" BOKT-un istiqrazlarına 55 investor maraq göstərib
FNC BOKT-un istiqrazlarına 50 investor maraq göstərib
"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ













