Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlərin kömək istədiyi məsələyə REAKSİYA
Far.Az xəbər saytı

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlərin kömək istədiyi məsələyə REAKSİYA


Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsindəki antisanitar vəziyyət aradan qaldırılıb.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, hazırda ərazi tam təmizlənib:

"Şəhərdə keçiriləcək beynəlxalq festival ərəfəsində bir neçə gündür genişmiqyaslı təmizlik işləri aparılır. Həmin ərazidə zibil konteynerləri mövcuddur. Bəzi sakinlər tullantıları konteynerlərə deyil, yaxınlıqdakı əraziyə atırlar".

*** 14:30

Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsində yaşayan sakinlər ərazidə antisanitar vəziyyət yaratdığını bildiriblər.

Far.Az xəbər verir ki, bu barədə məlumat Oxu.Az-ın qaynar xəttinə daxil olub.

Qeyd olunub ki, başqa ərazilərdə zibil konteyneri olmadığından ətraf küçələrin sakinləri də tullantıları həmin nöqtəyə gətirirlər.

Sakinlərin sözlərinə görə, tullantılar günlərlə daşınmadığı üçün ərazidə üfunət var, həmçinin iri siçanlar müşahidə olunur.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər