Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib
Far.Az xəbər saytı

Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib


Bakının Ramana qəsəbəsinin "Şuşa şəhərciyi" yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Bu barədə "Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək.

Oxşar xəbərlər

FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər