Azərbaycan-Çin beynəlxalq avtomobil daşımaları sazişi mübadilə edilib
Azərbaycan ilə Çin arasında "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin mübadiləsi həyata keçirilib.
"Far.Az"un "AZƏRTAC"a istinadən verdiyi xəbərə əsasən, sazişin mübadiləsi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çində keçirilən "Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026" çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşündə iştirakı zamanı baş tutub.
Sentyabrın 22-də Pekində keçirilən tədbirdə həmçinin Çin, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Ş.Mustafayev həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə çıxış edib. Baş nazirin müavini Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra "Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026"nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib.
Səfər çərçivəsində Çinin bir sıra aparıcı şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanda həyata keçirilən layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













