Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər
Far.Az xəbər saytı

Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər


Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı neft-qaz sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə A.Vuçiç sosial şəbəkələrdə yayımladığı müraciətində qeyd olunub.

Onun sözlərinə görə, təxminən bir saat davam edən söhbət "məzmunlu" olub:

"Biz həmçinin Serbiyanın üzləşdiyi enerji problemlərini müzakirə etdik. İlk növbədə, qaz tədarükünə dair sazişə edilən əlavənin qüvvədə olma müddəti bir neçə gündən sonra bitir. Əminəm ki, artıq bazar ertəsindən bu əlavənin müddəti uzadılacaq və biz, əvvəlki kimi, qazı yaxşı, ucuz qiymətə ala biləcəyik".

A.Vuçiç qeyd edib ki, söhbət 1000 kubmetr qaz üçün təxminən 318 avrodan gedir, halbuki bu gün TTF bazarında qiymət 1000 kubmetr üçün 868 avro təşkil edir.

O, həmçinin Putinlə neft sənayesi məsələlərini də müzakirə etdiyini vurğulayıb. Serbiya liderinin sözlərinə görə, bu sahədə vəziyyət daha mürəkkəbdir.

A.Vuçiç qeyd edib ki, sentyabrın 27-də istefa vermək niyyəti barədə Putinə məlumat verib.

"İstənilən halda mən hesab edirəm ki, bu, Serbiyanın gələcəyi barədə vacib bir söhbət idi. Əminəm ki, gələcəkdə Serbiya Prezidenti postunu tutacaq şəxslər Serbiyanın maraqlarını nəzərə ala, belə bir balansı qoruya və beynəlxalq siyasətin bütün vacib subyektləri qarşısında eyni dərəcədə məsuliyyət nümayiş etdirə biləcəklər.

Oxşar xəbərlər

Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər